"Köçürmələrə görə məhv olmuş nüsxələri, kitabları bərpa etmək üçün avadanlıq və vəsait lazımdır"


Digərləri 06 Noy 2018 16:01:00 284 0

"Köçürmələrə görə məhv olmuş nüsxələri, kitabları bərpa etmək üçün avadanlıq və vəsait lazımdır"

1930-cu ildən fəaliyyət göstərən Respublika Elmi-Texniki Kitabxanasında köçürmələrə görə məhv olmuş nüsxələri, kitabları bərpa etmək, onları yeni standartlara uyğunlaşdırmaq üçün avadanlıq və vəsait lazımdır.

Son.az Trend-ə istindən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran İmanov deyib.

Onun sözlərinə görə, Respublika Elmi-Texniki Kitabxanasının vəziyyəti qənaətbəxş deyil: "Bu kitabxananın vəziyyəti bir o qədər də ürəyəyatan deyil. Dövlət başçısının səyləri nəticəsində kitabxanaya böyük bir bina verilib. Lakin köçürülmələrə görə məhv olmuş nüsxələri, kitabları bərpa etmək, onları yeni standartlara uyğunlaşdırmaq üçün müəyyən avadanlıq və vəsait lazımdır. Hesab edirəm ki, növbəti ilin büdcəsində bunları nəzərə almaq lazımdır".

Əqli Mülkiyyət Agentliyinin Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan yeni qurum olduğunu nəzərə çatdıran Kamran İmanov qeyd edib ki, ləğv edilmiş Müəllif Hüquqları Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent və Əmtəə Nişanları Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanası birləşərək Əqli Mülkiyyət Agentliyi vahid struktur kimi formalaşıb: