“Veysəloğlu”nun təqaüd ayırdığı tələbənin layihəsi Avropada iri şirkətlərin diqqətinə səbəb olub (FOTO)


Digərləri 06 Noy 2018 16:05:00 267 0

“Veysəloğlu”nun təqaüd ayırdığı tələbənin layihəsi Avropada iri şirkətlərin diqqətinə səbəb olub (FOTO)

Avropanın ən nüfuzlu təhsil ocaqlarından olan Turin Politexnik Universitetində (Politecnico di Torino) təhsil alan Əlirza Orucov Avropada ölkəmizi layiqincə təmsil etməkdə davam edir.

Bakı. Avropanın ən nüfuzlu təhsil ocaqlarından olan Turin Politexnik Universitetində (Politecnico di Torino) təhsil alan Əlirza Orucov Avropada ölkəmizi layiqincə təmsil etməkdə davam edir. “Veysəloğlu” Şirkətlər Qrupundan Trend-ə verilən məlumata görə, şirkətin təqaüd proqramı çərçivəsində təhsilini davam etdirən Ə.Orucov Şotlandiyada “Climate Launchpad” ekoloji startup yarışmasında təmsil olunub. Edinburq şəhərində təşkil olunan dünyanın ən böyük ekoloji layihələr yarışmasına həmyerlimiz “DR. Ocean” layihəsi ilə qatılıb. Məlumat üçün bildirək ki, “DR.Ocean” neft sızmasını təyin edən cihazdır və bu layihə dünyanın bir çox böyük şirkətlərinin diqqətini cəlb edib. Bu qurğu vasitəsi ilə dənizdə suya sıza biləcək neftin qarşısını almaq mümkün olacaq.