İbtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri başlayır FOTO


Digərləri 06 Noy 2018 15:56:00 310 0

İbtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri başlayır  FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri keçirilir.

İdarədən Son.az-a verilən məlumata görə, Təhsil Nazirliyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimlərin əsas məqsədi müəllimlərdə sinfin idarəedilməsi üzrə zəruri bilik və bacarıqlar formalaşdırmaq, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması istiqamətində dəstək vermək və təhsilin keyfiyyətinin artırılmasında müəllimin rolunu vurğulamaqdan ibarətdir.

"İbtidai təhsil səviyyəsində sinfin idarəedilməsi" adlı ilk təlimlərdə Bakının 12 inzibati rayonu üzrə 480 ibtidai sinif müəllimin iştirakı nəzərdə tutulub.

Təlimlərdə sinfin idarəedilməsi, şagirdlə davranış qaydalarının təkmilləşdirilməsi, valideynlərlə səmərəli ünsiyyət qurmaq, tədris prosesinin effektiv təşkili kimi mövzulara toxunulur.


Xəbərə aid fotolar