Bakıda arvadını öldürmək istəyən şəxsə hökm oxundu


Digərləri 06 Noy 2018 15:47:00 229 0

Bakıda arvadını öldürmək istəyən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Azər Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.