Bakı Beynəlxalq Dəniz Ticarət Limanı satınalınma ilə bağlı açıq müsabiqə elan edir


Digərləri 06 Noy 2018 15:36:00 221 0

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı satınalınma ilə bağlı açıq müsabiqə elan edir

QSC karbamid yüklərinin üstü açıq tipli vaqonlara boşaldılması məqsədilə istifadə olunan hopperlərin hazırlanması üçün mal-materialların satınalınması ilə bağlı açıq müsabiqə elan edir.

Bakı. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətində karbamid yüklərinin üstü açıq tipli vaqonlara boşaldılması məqsədilə istifadə olunan hopperlərin hazırlanması üçün mal-materialların satınalınması ilə bağlı açıq müsabiqə elan edir. Qurumdan Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 15 noyabr 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 19 noyabr 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 20 noyabr 2018-ci il saat 16.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.