Bakıda taksilərin sayı üç dəfə azaldılacaq


Digərləri 06 Noy 2018 15:20:00 220 0

Bakıda taksilərin sayı üç dəfə azaldılacaq

Azərbaycanda rəqabətli xidmət bazarının olduğu ən böyük sektor taksi fəaliyyətidir. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycanda 37 taksi şirkəti fəaliyyət göstərir.

Onların fəaliyyəti hamını razı salmasa da, bu sahənin inkişaf etdiyi aydın görünür. Bəzi mütəxəssislər isə avtobus daşımaçılığında olduğu kimi, səhmləri dövlətə məxsus müasir bit taksi şirkətinin yaranmasını təklif edirlər. 

Bakı Nəqliyyat Agentliyi, ümumiyyətlə, taksilərin dövlət şirkətinə məxsus olmasının tərəfdarı olmadığını bəyan edib. Qurum hesab edir ki, bu, rəqabətli mühiti aradan qaldıracaq. 

"Amma, təbii ki, taksilər nəzarətdə olmalıdır. Bunun üçün işlərə başlamışıq. Yaxın günlərdə bununla bağlı hökumətə təkliflərimizi göndərəcəyik. Birincisi, bundan başlamaq lazımdır ki, bu gün Bakıda 22-25 min arası taksi fəaliyyət göstərir. İstanbulda 18 min taksi var. Əhalisi isə Bakıdan çox, 15 milyondur. Bizim hesablamalarımıza əsasən, Bakıda 8500 taksi fəaliyyət göstərməlidir". 

İcra qurumu hesab edir ki, taksi fəaliyyətinin bütün parametrləri qanunvericilikdə göstərilib və hökumətə təklif verilib. Təkliflər qəbul olunduqdan sonra taksi fəaliyyəti ciddi şəkildə nəzarətə götürüləcək.