“Azərkosmos” Beynəlxalq Astronavtika Federasiyasına üzv olub FOTO


Digərləri 06 Noy 2018 15:25:00 288 0

“Azərkosmos” Beynəlxalq Astronavtika Federasiyasına üzv olub  FOTO

"Azərkosmos" ASC dünyanda kosmik sahə üzrə nüfuzlu tədbirlərindən hesab olunan 69-cu "Beynəlxalq Astronavtika 2018 Konqresi"ndə təmsil olunub.

Son.az xəbər verir ki, ASC-dən Trend-ə verilən məlumata görə, Beynəlxalq Astronavtika Federasiyasının təşəbbüsü ilə ildə bir dəfə keçirilən "Beynəlxalq Astronavtika 2018 Konqresi"ndə bütün dünyadan olan astronavtika üzrə alimlər, kosmik agentliklərin, beynəlxalq təşkilatların, özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 4500-dən çox nümayəndə iştirak edib.

Konqres çərçivəsində "Azərkosmos" Beynəlxalq Astronavtika Federasiyasının üzvlüyünə qəbul olunub. "Azəkosmos" federasiyaya üzv olmaqla kosmik araşdırmalar sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə tədqiqatların aparılması imkanları əldə edib.


Xəbərə aid fotolar