Nazir elmə ayrılan maliyyənin artırılmasının vacibliyi ilə bağlı səslənən fikirlərə münasibət bildirdi


Digərləri 06 Noy 2018 15:01:00 245 0

Nazir elmə ayrılan maliyyənin artırılmasının vacibliyi ilə bağlı səslənən fikirlərə münasibət bildirdi

Azərbaycanın maliyyə naziri Samir Şərifov dövlət büdcəsindən elm sahəsinə ayrılan maliyyə vəsaitlərinin artırılmasının vacibliyi ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə keçirilən iclasında çıxış edən maliyyə naziri deyib ki, elmin maliyyələşdirilməsi üçün xərclər ötən illə müqayisədə təxminən 5 milyon manat artıb: "Bu artım tam qane etmir. Lakin biz dövlət imkanlarını nəzərdən keçirərək, artımları imkanlarımıza uyğunlaşdırırıq" .

Onun sözlərinə görə, 2019-cu ilin büdcə hazırlanması prosesin yeni büdcə qaydası əsasında həyata keçirilib: "Bu büdcə qaydası müəyyən xətlər qoyub və onlar asanlıqla dəyişdirilə bilməz. Orada bir neçə məhdudlaşdırıcı xətt var. Bu xətlərdən biri xalis maliyyə aktivləridir. Dövlətimizin xarici valyutada olan və digər aktivlərindən borclar çıxıldıqdan sonra müəyyən faizi istifadə edilə bilər. Bu faiz orada müəyyən edilir. Bu, birinci məhdudlaşdırıcı amildir. Digər meyar ondan ibarətdir ki, növbəti ilin büdcəsi əvvəlki ilin büdcəsindən 103 faiz artıq ola bilməz, əvvəlki ilin qeyri-neft baza kəsiri isə növbəti ildən aşağı olmalıdır. Ona görə də çalışırıq ki, dövlətin bütün vəzifələrini bu çərçivədə həyata keçirək".