Deputat: Mehriban Əliyevanın təşəbbüsü ilə Ağdam Muğam Mərkəzinin yaradılması gənclərin mənəvi inkişafına çox böyük təkan verəcək


Digərləri 06 Noy 2018 15:08:00 260 0

Deputat: Mehriban Əliyevanın təşəbbüsü ilə Ağdam Muğam Mərkəzinin yaradılması gənclərin mənəvi inkişafına çox böyük təkan verəcək

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Ağdamda Muğam Mərkəzinin yaradılması xalqımızın, gənclərimizin mənəvi inkişafına çox böyük təkan verəcək.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Ağdamda Muğam Mərkəzinin yaradılması xalqımızın, gənclərimizin mənəvi inkişafına çox böyük təkan verəcək. Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil və Səhiyyə komitələrinin birgə keçirilən iclasında deputat Bəxtiyar Əliyev deyib. B.Əliyev hesab edir ki, bu addım həm də məcburi köçkünlərimizə göstərilən diqqət və qayğının nümunəsidir: “Ağdam rayonunun ərazisinin 70 faizi işğal altındadır. Burada insanlar cəbhə xəttində yaşayırlar, amma doğma yurdlarına qayıdacaqlarına inanırlar". Millət vəkili vurğulayıb ki, ümumiyyətlə, Prezident İlham Əliyevin cəbhəyanı bölgələrə hər səfəri yeni infrastrukturun qurulmasına gətirib çıxarır: "Düşünürəm ki, 190 mindən çox əhalisi olan Ağdam üçün gələcəkdə investisiya fondundan bu istiqamətdə əlavə vəsaitin ayrılması yaxşı olardı”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin