Gələn il güzəştli mənzillərlə təminat üçün 162 milyon manat vəsait ayrılacaq


Digərləri 06 Noy 2018 15:08:27 226 0

Gələn il güzəştli mənzillərlə təminat üçün 162 milyon manat vəsait ayrılacaq

Gələn ilin dövlət büdcəsi layihəsində güzəştli mənzillərlə təminat üçün 162 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bakı. İlhamə İsabalayeva - Gələn ilin dövlət büdcəsi layihəsində güzəştli mənzillərlə təminat üçün 162 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu fikri Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə keçirilən iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.