Nazir: Universitetlərdə ödənişsiz təhsil alanların sayındakı azalmaların qarşısının alınması üçün əlavə vəsait ayrılacaq


Digərləri 06 Noy 2018 14:24:00 213 0

Nazir: Universitetlərdə ödənişsiz təhsil alanların sayındakı azalmaların qarşısının alınması üçün əlavə vəsait ayrılacaq

Etiraf etmək lazımdır ki, Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayında azalma var. Bu azalmaların qarşısının alınması üçün dövlət büdcəsindən 2019-ci ildə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur.

Bakı. İlhamə İsabalayeva – Etiraf etmək lazımdır ki, Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayında azalma var. Bu azalmaların qarşısının alınması üçün dövlət büdcəsindən 2019-ci ildə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.