Rusiya bir sıra şirkətlərə neft satmağı dayandıra bilər


Dünya 06 Noy 2018 14:12:00 211 0

Rusiya bir sıra şirkətlərə neft satmağı dayandıra bilər

Rusiya Baş nazirinin müavini Dimitri Kozak neft və neft məhsulları istehsalçısı olmayan şirkətlərə həmin məhsulların satışı imkanlarını araşdırmaq barədə göstəriş verib.

Son.az report-a istinadən xəbər verir ki, D.Kozak keçirdiyi müşavirədə energetika, maliyyə, iqtisadi inkişaf nazirliklərinə bu məsələni, habelə "neft və neft məhsullarının ixracı hüququnu neft hasilatı və emalı şirkətlərinin daxili bazara zəruri tədarük öhdəlikləri ilə uzlaşdırmaq məsələsini" öyrənməyi tapşırıb.