Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb


Digərləri 06 Noy 2018 14:15:10 213 0

Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun daha bir hərbçisi ölüb. 

Son.az report-a istinadən xəbər verir ki, işğalçı ordunun 2000-ci il təvəllüdlü əsgəri Aristakes Eduardoviç Azatyana naməlum şəraitdə odlu silahdan atəş açılıb.

Nəticədə o, aldığı güllə yarasından ölüb.  

Faktla bağlı araşdırma aparılır.