Bakıda Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək


Digərləri 06 Noy 2018 14:17:55 214 0

Bakıda Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək

14-17 noyabr tarixlərində Bakıda Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi, Gənclər Fondunun təşkilatçılığı ilə IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - 14-17 noyabr tarixlərində Bakıda Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi, Gənclər Fondunun təşkilatçılığı ilə IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Festivalın Təşkilat Komitəsindən Trend-ə verilən məlumata görə, bu ildən etibarən Azərbaycan Prodüserlər Gildiyası da festivalda təşkilati dəstək qismində iştirak edir. Əhatə dairəsini daha da genişləndirən festivala bu il 45 ölkədən (Azərbaycan, Fransa, İspaniya, Almaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, İran, Rusiya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Ukrayna, Makedoniya, Belçika, Polşa, Macarıstan, Estoniya, Latviya, Litva, İsveç, İsveçrə, Xorvatiya, Serbiya, Rumuniya, İsrail, ABŞ, Kanada, Çin, Hindistan, Avstraliya, Yeni Zelandiya, Argentina, Braziliya, Kolumbiya, Venesuela, Kamerun, Hollandiya, Portuqaliya, Kipr, Yunanıstan, Avstriya, Finlandiya) 490 film göndərilib. Təqdim olunan filmlər Festivalın Təşkilat Komitəsinin təyin etdiyi üç nəfərdən ibarət Seçim Komissiyası tərəfindən izlənilərək müsabiqə proqramlarına daxil edilib. Seçim Komissiyasının qərarına əsasən bu il festivalın əsas müsabiqə bölmələrində 30 ölkədən 100 film yarışacaq. 72 film beynəlxalq, 28 film isə yerli müsabiqədə “Qızıl nar” uğrunda mübarizəyə qoşulur.