Kamran İmanov: Köçürmələrə görə məhv olmuş nüsxələri, kitabları bərpa etmək üçün avadanlıq və vəsait lazımdır


Digərləri 06 Noy 2018 13:52:00 234 0

Kamran İmanov: Köçürmələrə görə məhv olmuş nüsxələri, kitabları bərpa etmək üçün avadanlıq və vəsait lazımdır

1930-cu ildən fəaliyyət göstərən Respublika Elmi-Texniki Kitabxanasında köçürmələrə görə məhv olmuş nüsxələri, kitabları bərpa etmək, onları yeni standartlara uyğunlaşdırmaq üçün avadanlıq və vəsait lazımdır.

Bakı. İlhamə İsabalayeva – 1930-cu ildən fəaliyyət göstərən Respublika Elmi-Texniki Kitabxanasında köçürmələrə görə məhv olmuş nüsxələri, kitabları bərpa etmək, onları yeni standartlara uyğunlaşdırmaq üçün avadanlıq və vəsait lazımdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran İmanov deyib. Onun sözlərinə görə, Respublika Elmi-Texniki Kitabxanasının vəziyyəti qənaətbəxş deyil: "Bu kitabxananın vəziyyəti bir o qədər də ürəyəyatan deyil. Dövlət başçısının səyləri nəticəsində kitabxanaya böyük bir bina verilib. Lakin köçürülmələrə görə məhv olmuş nüsxələri, kitabları bərpa etmək, onları yeni standartlara uyğunlaşdırmaq üçün müəyyən avadanlıq və vəsait lazımdır. Hesab edirəm ki, növbəti ilin büdcəsində bunları nəzərə almaq lazımdır”.