Səfirdən İraq düşərgələrindəki azərbaycanlı uşaq və qadınlarla bağlı AÇIQLAMA:


Siyasət 06 Noy 2018 13:48:00 228 0

Səfirdən İraq düşərgələrindəki azərbaycanlı uşaq və qadınlarla bağlı AÇIQLAMA:

İraqda düşərgələrdə qalan azərbaycanlı uşaq və qadınların bir qrupu Azərbaycan tərəfinə təhvil verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad əl-Şuveyli bu gün keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, digər azərbaycanlı uşaq və qadınların Azərbaycana qaytarılması ilə bağlı iş davam etdirilir.