“Azərkosmos” Beynəlxalq Astronavtika Federasiyasına üzv olub (FOTO)


Digərləri 06 Noy 2018 13:31:00 227 0

“Azərkosmos” Beynəlxalq Astronavtika Federasiyasına üzv olub (FOTO)

“Azərkosmos” ASC dünyanda kosmik sahə üzrə nüfuzlu tədbirlərindən hesab olunan 69-cu “Beynəlxalq Astronavtika 2018 Konqresi”ndə təmsil olunub.

Bakı. “Azərkosmos” ASC dünyanda kosmik sahə üzrə nüfuzlu tədbirlərindən hesab olunan 69-cu “Beynəlxalq Astronavtika 2018 Konqresi”ndə təmsil olunub. ASC-dən Trend-ə verilən məlumata görə, Beynəlxalq Astronavtika Federasiyasının təşəbbüsü ilə ildə bir dəfə keçirilən “Beynəlxalq Astronavtika 2018 Konqresi”ndə bütün dünyadan olan astronavtika üzrə alimlər, kosmik agentliklərin, beynəlxalq təşkilatların, özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 4500-dən çox nümayəndə iştirak edib.