Bakıda Biznes İdarəçiliyi Forumu keçirilib


Digərləri 06 Noy 2018 13:23:34 254 0

Bakıda Biznes İdarəçiliyi Forumu keçirilib

Azərbaycanda biznes idarəçiliyinin inkişafına təkan vermək, bu sahədə yerli kadrların daha da təkmilləşdirilməsi üçün ümumi müzakirələrin keçirilməsi çox vacibdir.

Bakı. Azərbaycanda biznes idarəçiliyinin inkişafına təkan vermək, bu sahədə yerli kadrların daha da təkmilləşdirilməsi üçün ümumi müzakirələrin keçirilməsi çox vacibdir. Bu baxımdan Biznes İdarəçiliyi Forumunun keçirilməsində əsas məqsəd dünyada olan idarəçilik trendlərinin, müasir idarəçilik alətlərinin müzakirə edilməsi və biznes idarəçilərimizi həmin alətlərin tətbiqinə stimullaşdırmaqdır. Noyabrın 2-də Business Service Center-in baş sponsorluğu ilə həyata keçirilən, şirkət rəhbərləri biznes idarəçiləri və sahibkarlar üçün nəzərdə tutulmuş Biznes İdarəçiliyi Forumunda real idarəçilik keysləri ilə tanışlıq, müzakirələr vasitəsilə idarəçiliklə bağlı önəmli suallara cavabların tapılması kimi maraqlı panellər nümayiş olunub.