"Onkoloji xəstələrin müalicəsinə dərmanların alınması ilə bağlı maliyyə vəsaitinin artırılması lazımdır"


Digərləri 06 Noy 2018 13:13:00 253 0

"Onkoloji xəstələrin müalicəsinə dərmanların alınması ilə bağlı maliyyə vəsaitinin artırılması lazımdır"

Azərbaycanda onkoloji xəstələrin müalicəsi üçün tələb edilən şiş əleyhinə dərmanların alınması ilə bağlı maliyyə vəsaitinin artırılması lazımdır.

Mlli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə keçirilən iclasında çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, onkoloji xəstələrin müalicəsi üçün şiş əleyhinə dərmanların alınması ilə bağlı hər il vəsait ayrılır: "Lakin bu preparatların həddindən baha olmasını və yeni preparatların meydana çıxmasını nəzərə alaraq, bu vəsaitin artırılmasına böyük ehtiyac var. Ayrılan vəsait kifayət etmir və xəstələr adekvat müalicə ala bilmirlər".