İraq səfirliyi ölkə vətəndaşlarını təhsil adı ilə aldadaraq Azərbaycana gətirən şəxslə bağlı bəyanat yayıb


Digərləri 06 Noy 2018 13:12:00 265 0

İraq səfirliyi ölkə vətəndaşlarını təhsil adı ilə aldadaraq Azərbaycana gətirən şəxslə bağlı bəyanat yayıb

İraq səfirliyi ölkə vətəndaşlarını təhsil adı ilə aldadaraq Azərbaycana gətirən şəxslə bağlı bəyanat yayıb.

Bakı. Elçin Mehdiyev – İraq səfirliyi ölkə vətəndaşlarını təhsil adı ilə aldadaraq Azərbaycana gətirən şəxslə bağlı bəyanat yayıb. Trend-in məlumatına görə, bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad Əl Şuveyli bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Yusif əl-Haşimi adlı şəxs 40-a yaxın iraqlı tələbənin hər birindən 5000 ABŞ dolları alaraq onları Azərbaycanda Tibb Universitetinə yerləşdirəcəyini deyib və nəticədə yalnız dil kurslarına yerləşdirib.