Komitə sədri: Azərbaycanda zorakılığa məruz qalanlar üçün sığınacaqlar ayrılmalıdır


Digərləri 06 Noy 2018 13:16:00 213 0

Komitə sədri: Azərbaycanda zorakılığa məruz qalanlar üçün sığınacaqlar ayrılmalıdır

Azərbaycanda zorakılıq hallarının aşkarlanması ilə bağlı “Qaynar xət”lər yaradılmalı, eyni zamanda belə şəxslər üçün sığınacaqlar ayrılmalıdır.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda zorakılıq hallarının aşkarlanması ilə bağlı “Qaynar xət”lər yaradılmalı, eyni zamanda belə şəxslər üçün sığınacaqlar ayrılmalıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.