Baş nazir videodan hiddətləndi,


Digərləri 06 Noy 2018 13:04:00 215 0

Baş nazir videodan hiddətləndi,

"Kömək edin! Kömək edin! Yanıram!" Bunu deyən kişi qəhqəhə çəkib. Onun yanında durmuş dostu isə gülərək deyib: "Mən qaradəriliyəm, yanıb daha da qaralacağam!" Digər şəxs isə gülərək söyləyib: "Ev pulunu verməyəndə belə olur!

5 dost 2017-ci ilin iyunun 14-də Londonda böyük yanğının baş verdiyi Grenfell Tower göydələninin kağızdan maketini düzəldiblər və yandırıblar.

Son.az Daily Mail-ə istinadən bildirir ki, maketin alovlanlığı anları yaşları 19-55 arasında olan beş dost gülüş və qəhqəhələrlə, şərhlərlə müşayiət ediblər.

Video sosial şəbəkələrdə yayılandan sonra böyük qalmaqal qopub.

Britaniyanın baş naziri Tereza Mey videodan hiddətləndiyini Twitter-dəki akkauntunda yazıb.

"Grenfell Tower-də həyatını itirənlərə, habelə onların ailə üzvlərinə və yaxınlarına sayğısızlıq tamamilə yolverilməzdir", - baş nazir bildirib.