Milli Oftalmologiya Mərkəzi Tovuzda tibbi aksiya keçirəcək


Digərləri 06 Noy 2018 13:02:00 251 0

Milli Oftalmologiya Mərkəzi Tovuzda tibbi aksiya keçirəcək

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası noyabrın 7-8-də Tovuz rayonunda tibbi aksiya keçirəcək.

Bakı. İlhamə İsabalayeva - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası noyabrın 7-8-də Tovuz rayonunda tibbi aksiya keçirəcək. Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, aksiyanın məqsədi sakinlərin səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir. Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Bu ildən Səhiyyə Nazirliyinin dəstəyi ilə fəaliyyətə başlayan, yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Dəmiryolu Səyyar Klinikanın uzunluğu 25, eni 3 metrdir. Klinikanın həkim və orta tibb briqadası bir gün ərzində vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Qatarda oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Müayinələr üçün avadanlıqlar foropter, refraktometr, tonometr, işarələr proyektoru, yarıq lampa, lensmetr və digərləri təşkil edilib.