"Azərbaycanda vərəmli xəstələrin üçdə ikisi kişilərdir"


Digərləri 06 Noy 2018 12:59:00 302 0

"Azərbaycanda vərəmli xəstələrin üçdə ikisi kişilərdir"

Bu ilin 6 ayı ərzində Azərbaycanda ilkin vərəmlə xəstələnmə göstəricisi 1886 nəfər olub ki, onlardan 1016-sı bakterioloji olaraq təsdiqlənmiş ilkin xəstələr, 437-si kliniki təsdiqlənmiş ilkin xəstələr, 433-ü ağciyərdən kənar ilkin xəstələrdir.

Son.az report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ET Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova "Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşma" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O bildirib ki, həmin müddətdə 251 nəfər ocaqlı vərəm xəstələri, 1145 nəfər infiltrativ xəstələr, 74 nəfər gecikmiş vərəm formaları ilə aşkar olunan xəstələrdir.

H.Qədirova qeyd edib ki, 237 nəfərdə vərəm plevriti, 81-də sümük oynağı vərəmi, 32-də döş qəfəsi daxili limfa düyünlərinin vərəmi, 52-də periferik limfa düyünlərinin vərəmi, 14-də sidik cinsiyyət sisteminin vərəmi, daha 14-də vərəm mezadeniti, 3 nəfərdə isə vərəm meningeti aşkarlanıb.