Nazir müavini: "Büdcəyə 7 milyard manatdan çox vəsait daxil olacaq"


Digərləri 06 Noy 2018 12:45:00 228 0

Nazir müavini: "Büdcəyə 7 milyard manatdan çox vəsait daxil olacaq"

2019-cu il dövlət büdcəsinin layihəsi hazırlanarkən xam neftin satış qiyməti 60 dollar səviyyəsində götürülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Em və təhsil, Səhiyyə komitələrinin birgə keçirilən iclasında çıxış edən Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə deyib.

Onun sözlərinə görə, 2019-cu il dövlət büdcəsinin gəlirləri ÜDM-in 18 faizi həcmində olmaqla, mütləq ifadə ilə 22 milyard 918 milyon manat təşkil edəcək. Bu da 2018-ci illə müqayisədə 3,5 faiz çoxdur. Gəlirlərin 9 milyard 217 milyon manatdan çoxu qeyri-neft sektoru üzrə, 13 milyard 700 milyon manatı isə neft gəlirlərinin payına düşəcək.