PSG rəhbərliyi UEFA-dan şikayət etdi


İdman 06 Noy 2018 12:46:00 322 0

PSG rəhbərliyi UEFA-dan şikayət etdi

PSG rəhbərliyi İdman Abirtaj Məhkəməsinə (CAS) müraciət etməyi qərara alıb.

Goal.az ESPN-ə istinadən xəbər verir ki, Paris təmsilçisi bu addımı UEFA-nın klubun maliyyə “fair-play”i qaydalarına uyğunluğunu yoxladığı üçün atıb.

İyulda UEFA PSG-də yoxlamalara başlayıb. Baxmayaraq ki, klub təşkilatın şərtlərini yerinə yetirib və 2015 - 2017-ci maliyyə illərində qayda pozuntularına görə sanksiyalardan qurtulmaq üçün 50 milyon avro məbləğində futbolçu satıb. Avropa futbol qurumu "Qatar Tourism Authority" ilə 2019-cu ildə yekunlaşacaq müqaviləni uzatmamağı da tələb edib. Ona görə də klub daha bahalı oyunçuları ilə vidalaşmalı olacaq. 

Bundan sonrakı prosesdə CAS PSG-nin müraciətini nəzərdən keçirəcək və araşdırma aparacaq. Bu da UEFA-nın işini əhəmiyyətli dərəcədə çətinləşdirəcək. Məhkəmə yoxlanışı bir neçə ay çəkə bilər. (Report)