Elçinlə muğam ifaçılarının qalmaqalına Elvin də qoşuldu


Şou-biznes 06 Noy 2018 12:14:00 275 0

Elçinlə muğam ifaçılarının qalmaqalına Elvin də qoşuldu

Müğənni Elvin Abdullayev həmkarı Elçin Cəfərova dəstək olub. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, "Muğam ifaçıları saçına xına qoyurdu, qırmızı görsənirdi" sözləri sənətçinin başına bəla olmuşdu. Muğam ifaçıları Elçini qınamış, onun ünvanına sərt sözlər demişdilər.

Elvin isə Elçinin düz dediyini söyləyərək, qalmaqalı yenidən alovlandırıb: "Kimsə sözün düzünü deyəndə, fikrini bildirəndə, hər kəsdə qıcıq yaradır. Elçin müstəqil fikrini bildirib. Orda nə var? Onun repertuarına nəzər salsalar, o da muğam oxuyub. "Çahargah" muğamı üzərində "Mehriban olaq" mahnısını aranjiman edib.