"Prezident İlham Əliyevin fərmanı ana dilimizin qorunması və inkişafına diqqət və qayğının bariz nümunəsidir"


Siyasət 06 Noy 2018 12:18:00 40 0

"Prezident İlham Əliyevin fərmanı ana dilimizin qorunması və inkişafına diqqət və qayğının bariz nümunəsidir"

"Ana dili hər bir xalqın qürur mənbəyidir və heç şübhəsiz ki, dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Azərbaycan xalqının da varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Zaman-zaman Azərbaycanın düşünən beyinləri, ziyalıları dili xalqın yaşaması üçün ən mühüm atribut hesab edib, özünün bu dəyərli milli sərvətini kənar dillərin təsirindən qoruya bilib, inkişafına öz töhfələrini veriblər. Bu gün də dilimizin təkmilləşdirilməsi və inkişafı naminə mühüm addımlar atılmaqdadır".

Son.az xəbər verir ki, bunu Trend-ə "Səs" Media Qrupunun rəhbəri, analitik Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq fərman və sərəncamlar dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib, ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradıb:

"Elə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli fərmanı mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik Azərbaycan dilinin tətbiqi sahəsində hüquqi tənzimləmənin və daimi nəzarətin təmin edilməsi, mövcud nöqsanların və pozuntuların aradan qaldırılması məqsədi daşıyır. Məhz bu fərman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ana dilimizin istifadəsi, təbliği, onun saflığının qorunması və inkişafına diqqət və qayğısının bariz nümunəsidir".

Media qrupunun rəhbəri dövlətin Azərbaycan dilinə olan diqqət və qayğısı ilə yanaşı ana dilindən müxtəlif sahələrdə istifadə zamanı ortaya çıxan problemlərdən də danışıb: "Bu gün Azərbaycan dilinin imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları da geniş yayılıb. Məsələn, hazırda cəmiyyətimizdə, dövlət orqanlarında, KİV-lərdə ana dilindən istifadə sahəsində müəyyən nöqsanlar var. Çox təəssüflər olsun ki, bir sıra hallarda ədəbi dilin normalarına, leksik və qrammatik qaydalara əməl edilmir. Bəzi televiziyalarda, radiolarda məişət danışığından istifadə olunur, əcnəbi söz və ifadələr yersiz işlədilir. Bu mənada haqlı olaraq da ictimaiyyət bu cür hallara qarşı kəskin münasibətini ortaya qoyur".

O, qeyd edib ki, mövcud vəziyyət bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin həyata keçirilməsini tələb edir:

"Prezidentin fərmanı ilə yeni yaradılacaq Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs Azərbaycan dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edəcək. Düşünürəm ki, yeni yaradılacaq qurum fəaliyyətini yüksək səviyyədə həyata keçirəcək, bu sahədəki problemlərin aradan qaldırılmasına öz töhfəsini verəcək. İnanıram ki, yeni qurum ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi hallarının aradan qaldırılması üçün təsirli tədbirlər görəcək. Əlbəttə ki, bu işdə KİV-lərin də üzərinə müəyyən öhdəlikləri düşür. Ona görə, media da mövcud neqativ halların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirməlidir".

Elçinlə muğam ifaçılarının qalmaqalına Elvin də qoşuldu like
  • 06 Noy 12:14  
Şou-biznes Elçinlə muğam ifaçılarının qalmaqalına Elvin də qoşuldu

Müğənni Elvin Abdullayev həmkarı Elçin Cəfərova dəstək olub. 

arrow Ətraflı
Leyla Abdullayeva: İşğal altında olan ərazilərin 261 min hektar meşə sahəsi məhv edilib like
  • 06 Noy 12:12  
Digərləri Leyla Abdullayeva: İşğal altında olan ərazilərin 261 min hektar meşə sahəsi məhv edilib

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının t

arrow Ətraflı
"Lotu Quli" Rusiyaya təhvil verilir like
  • 06 Noy 12:12  
Kriminal "Lotu Quli" Rusiyaya təhvil verilir

Bir müddət əvvəl Türkiyədə həbs olunan, kriminal aləmdə "Lotu Qul

arrow Ətraflı
10 yaşlı uşaq ana oldu  FOTO like
  • 06 Noy 12:05  
Dünya 10 yaşlı uşaq ana oldu FOTO

10 yaşlı uşaq övlad dünyaya gətirib.

arrow Ətraflı
Rəqsanə ana olduqdan sonra like
  • 06 Noy 12:00  
Şou-biznes Rəqsanə ana olduqdan sonra

Müğənni Rəqsanə İsmayılova ana olduqdan sonrakı görüntülərini payla

arrow Ətraflı
"Borussiya" futbolçuları ölümdən döndülər like
  • 06 Noy 11:58  
Digərləri "Borussiya" futbolçuları ölümdən döndülər

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda bu gün "Atletik

arrow Ətraflı
İsveçli gənclər Bakı Ali Neft Məktəbinin qonağı olublar like
  • 06 Noy 11:51  
Digərləri İsveçli gənclər Bakı Ali Neft Məktəbinin qonağı olublar

İsveçdəki Antisemitizm və Ksenofobiyaya qarşı Gənc İnsanlar Dərnəyi (&

arrow Ətraflı