Qurbanov və Bordin gerilədi


İdman 06 Noy 2018 11:15:00 279 0

Qurbanov və Bordin gerilədi

Məşqçilərin dünya reytinqi açıqlanıb.

Goal.az xəbər verir ki, siyahıda Topaz Premyer Liqasında çalışan iki mütəxəssis yer alıb.

Reytinqə daxil edilən yeganə azərbaycanlı məşqçi, Qarabağ və milli komandanın çalışdırıcısı Qurban Qurbanov mövqeyini xeyli əldən verib. Hesabında 685 xal olan 46 yaşlı mütəxəssis 587-ci yerdədi. O, ötən həftə ilə müqayisədə 73 pillə geriləyib.

“Neftçi”nin italiyalı baş məşqçisi Roberto Bordin isə daha ağır durumla üzləşib. Hesabında 482 xal olan çalışdırıcı 190 pillə geriləyib. O, hazırda siyahının 703-cü pilləsində qərarlaşıb.

Siyahıya Barcelona-nın baş məşqçisi Ernesto Valverde başçılıq edir – 14 min 774 xal.