Deputat: Prezident İlham Əliyevin Ağdama səfəri çərçivəsində çıxışı tək işğalçıya deyil, onu himayə edənlərə də ciddi mesaj oldu


Digərləri 06 Noy 2018 11:56:00 90 0

Deputat: Prezident İlham Əliyevin Ağdama səfəri çərçivəsində çıxışı tək işğalçıya deyil, onu himayə edənlərə də ciddi mesaj oldu

Azərbaycan Prezidenti İlham Əliyev həmişə cəbhəyanı rayonları daim diqqət mərkəzində saxlayır.

Bakı. Samir Əli - Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri çərçivəsində çıxışı tək işğalçıya deyil, onu himayə edənlərə də ciddi mesaj oldu. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. E.Məmmədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev cəbhəyanı rayonları daim diqqət mərkəzində saxlayır: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri cəbhə bölgəsində yaşayan vətəndaşlara böyük ruh yüksəkliyi verdi. Cənab Prezidentin Ağdam rayon ictimaiyyəti ilə görüşündə Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı söylədiyi fikirlər isə həmişə olduğu kimi, bu dəfə də düşmənə tərs şillə oldu. Bu çıxış Ermənistan hakimiyyətinə çox ciddi mesajdır. Bu, tək işğalçıya deyil, işğalçını himayə edənlərə, status-kvonun qorunub saxlanmasına şərait yaradanlara ciddi mesaj oldu. Cənab Prezident çıxışında bir daha vurğuladı ki, problemin yeganə həll yolu Azərbaycan ərazilərinin işğaldan azad olunmasından və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etmək imkanı var, lakin biz bunun sülh yolu ilə həllini istəyirik". Deputat bildirib ki, Ermənistanın indiki rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini təkrarlamamalı, sərsəm bəyanatlardan əl çəkməlidir: "Onlar bu hərəkətlərindən əl çəkmirsə, deməli, problemin sülh yolu ilə həllinin tərəfdarı deyillər. Belə olan halda güclü Azərbaycan dövləti güclü ordusundan istifadə edərək torpaqlarını işğaldan azad etməyə başlayacaq. Bu işdə bütün məsuliyyət düşmənin və onu himayə edənlərin üzərinə düşür, çünki Ermənistan hakimiyyəti Azərbaycanı buna təhrik edir". E.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin bu bəyanatı Azərbaycan xalqında, xüsusən cəbhə bölgəsində yaşayan insanlarda ruh yüksəkliyini artırdı. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
İsveçli gənclər Bakı Ali Neft Məktəbinin qonağı olublar like
  • 06 Noy 11:51  
Digərləri İsveçli gənclər Bakı Ali Neft Məktəbinin qonağı olublar

İsveçdəki Antisemitizm və Ksenofobiyaya qarşı Gənc İnsanlar Dərnəyi (&

arrow Ətraflı
Milan-ın yeni sahibi Venqerə rəğbət bəsləyir like
  • 06 Noy 11:47  
İdman Milan-ın yeni sahibi Venqerə rəğbət bəsləyir

Arsen Venger Milan klubunun baş məşqç

arrow Ətraflı
Sevgi və ümidsizlik facəsi: qucaqlaşıb like
  • 06 Noy 11:46  
Digərləri Sevgi və ümidsizlik facəsi: qucaqlaşıb

"Biz həmişə bir yerdə olacağıq".

arrow Ətraflı
Tünzalə dopinq qəbul edib? like
  • 06 Noy 11:42  
Şou-biznes Tünzalə dopinq qəbul edib?

Əməkdar artist Tünzalə Ağayevanın dopinq qəbul etməsi haqda xəbər yay

arrow Ətraflı
Gömrükçülər külli miqdarda brilyant qaşlar aşkar edib  (FOTO/VİDEO) like
  • 06 Noy 11:39  
Digərləri Gömrükçülər külli miqdarda brilyant qaşlar aşkar edib (FOTO/VİDEO)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları külli miqdarda bri

arrow Ətraflı
Kapital Bank-ın İdarə Heyətinin sədri: Rəqəmsal bankçılığa keçid - ən mühüm hədəfimizdir like
  • 06 Noy 11:34  
Digərləri Kapital Bank-ın İdarə Heyətinin sədri: Rəqəmsal bankçılığa keçid - ən mühüm hədəfimizdir

2018-ci ilin üçüncü rübünü yüksək maliyyə göstəriciləri ilə başa

arrow Ətraflı
“Kəndimizin toylarında qarmonda ifa edirdim” like
  • 06 Noy 11:28  
Digərləri “Kəndimizin toylarında qarmonda ifa edirdim”

ARB Günəş-in "Mən məktəbli ikən" layihəsinin növbəti qona

arrow Ətraflı
Poçettino etiraf etdi: "Əlçatmaz görünür” like
  • 06 Noy 11:28  
İdman Poçettino etiraf etdi: "Əlçatmaz görünür”

Tottenham-ın baş məşqçisi Maurisio Poç

arrow Ətraflı
Azərbaycan Türkiyəyə çay ixrac edəcək like
  • 06 Noy 11:19  
Digərləri Azərbaycan Türkiyəyə çay ixrac edəcək

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyala

arrow Ətraflı