Sevgi və ümidsizlik facəsi: qucaqlaşıb


Digərləri 06 Noy 2018 11:46:00 408 0

Sevgi və ümidsizlik facəsi: qucaqlaşıb

"Biz həmişə bir yerdə olacağıq".

Biz həmişə bir yerdə olacağıq.

Şahidlərin dediklərinə görə, onlar məhz bu sözlərdən sonra dəmiryol stansiyasının platformasından aşağı, qatarın altına atılıblar.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 34 yaşlı Kristofer Linli və 27 yaşlı Melissa Vud sevgililərdi. Onlar narkomaniyadan qurtulmaq, heroin asılılığından yaxa qurtarmaq üçün yaşamlarındakı bəla ilə mübarizə aparırdılar.

"British Gas"da çalışan sevgililər bir-birinə dəlicəsinə aşiqdilər.

Bir neçə ay əvvəl işsiz qalanda isə Kristoferlə Melissa sanki çökdülər, depressiyaya qapıldılar, ruhdan düşdülər. Onlar pulsuz qalmışdılar. Kirayədə yaşadıqları kiçik mənzilin sahibi də aylıq pulu ala bilmədiyi üçün onları evdən çıxarmışdı.

Bədbinliyin son həddində olan sevgililər intihar etmək qərarına gəliblər.


Xəbərə aid fotolar