ABŞın Monterey şəhəri Azərbaycan bayraqlarına büründü FOTO VİDEO


Dünya 06 Noy 2018 11:15:00 256 0

ABŞın Monterey şəhəri Azərbaycan bayraqlarına büründü  FOTO  VİDEO

Kaliforniyanın Monterey şəhərində 9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü elan edilib.

Son.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycanın Dövlət Bayrağının 100 illiyi qeyd edilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü ilə Monterey şəhərinin mərkəzində yerləşən Alvarado küçəsi əvvəldən axıradək çoxlu sayda Azərbaycan bayraqları ilə bəzədilib. Bundan başqa, 9 noyabr 2018-ci il tarixi Montereydə "Azərbaycanın Dövlət Bayrağı Günü" elan edilib. Bununla bağlı şəhər meri Klayd Roberson (Clyde Roberson) tərəfindən müvafiq bəyannamə imzalanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycanın 28 may 1918-ci il tarixində müstəqilliyini elan edərək, müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, müsəlman dünyasında ilk dəfə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

Sənəddə 1918-ci ilin 9 noyabr tarixində göy, qırmızı və yaşıl rənglərindən ibarət üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edildiyi, 1991-ci ildə yenidən müstəqilliyini əldə etdikdən sonra isə həmin bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı elan edildiyi vurğulanır.


Xəbərə aid fotolar