Avropada hər gün 13 uşaq vərəmdən ölür


Dünya 06 Noy 2018 11:01:00 258 0

Avropada hər gün 13 uşaq vərəmdən ölür

Hər il dünyada vərəm və QİÇS-lə xəstələnmə, buna müvafiq olaraq da ölüm halları 12-13 faiz artır.

Son.az report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə nümayəndəsi Sayohat Həsənova "Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşma" mövzusunda keçirilən elmi-praktiki konfransda deyib.

O bildirib ki, 2016-ci ilin rəqəmlərinə əsasən Avropa regionunda 290 min insan vərəmə yoluxub: "Onlardan 32 mini uşaq, 87 mini isə qadındır. Hər 20 dəqiqədən bir regionda vərəmdən 1 nəfər, hər gün isə 13 uşaq vərəmdən vəfat edir".