Nyu-Yorkda “Azərbaycan Multikulturalizmi” adlı konsert keçiriləcək


Digərləri 06 Noy 2018 11:00:22 256 0

Nyu-Yorkda “Azərbaycan Multikulturalizmi” adlı konsert keçiriləcək

ABŞ-ın Nyu-York şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Milli Musiqi və Qlobal Mədəniyyət” cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Qara Qarayevin yaradıcılığına həsr olunmuş “Azərbaycan Multikulturalizmi” adlı konsert keçiriləcək.

Bakı. Noyabr ayının 18-də ABŞ-ın Nyu-York şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Milli Musiqi və Qlobal Mədəniyyət” cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Qara Qarayevin yaradıcılığına həsr olunmuş “Azərbaycan Multikulturalizmi” adlı konsert keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, Nyu-York şəhərində yerləşən Linkoln mərkəzinin “Bruno Walter” auditoriyasında baş tutacaq konsertdə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Qara Qarayev, Faiq Sücəddinov, Tofiq Quliyevin və Franz Vaksman, Frederik Şopen, Ernesto Lecuona, Corc Qerşvin, Ruperto Çapi kimi bəstəkarların musiqiləri səsləndiriləcək.