Vüsal Kərimli Bakıda sərnişindaşıma sahəsində 3 il ərzində görüləcək işlərdən danışdı


Digərləri 06 Noy 2018 10:29:00 272 0

Vüsal Kərimli Bakıda sərnişindaşıma sahəsində 3 il ərzində görüləcək işlərdən danışdı

Paytaxtda marşrut xətt avtobuslarının sayı azaldılacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, hazırda Bakıda 2100 sərnişin avtobusu fəaliyyət göstərir:

"Paytaxtda bir çox marşrut xətləri təkrarlanır ki, bu da ilkin olaraq şəhərin yüklənməsinə səbəb olur. İkincisi, ekologiyanın çirklənməsidir. Ölkə rəhbəliyinin istəklərindən biri də avtobusların sıxılmış təbii qazla işləməsidir. Bizim təklif etdiyimiz qanun layihəsində 2022-ci ildən ictimai nəqliyyatda sıxılmış təbii qazla işləyən, yaxud elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə nəzərdə tutulur. Bu bizim təklifimizdir. Bu gün "BakuBus"da 302-ə yaxın avtobus var. Onların xəttə çıxma nisbəti 270-ə yaxındır. Digər 30-u qəzalar, problemlərin yaranma ehtimalı ilə bağlı ehtiyatda saxlanılır. Gətirəcəyimiz 300, bəlkə də bir qədər çox avtobus sıxılmış təbii qazla işləyəcək".