Azərbaycan çayının Türkiyəyə ixracına dair razılığa gəlinib


Digərləri 06 Noy 2018 10:25:00 298 0

Azərbaycan çayının Türkiyəyə ixracına dair razılığa gəlinib

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərinə təşkil olunmuş Azərbaycan ixrac missiyası başa çatıb.

Bakı. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərinə təşkil olunmuş Azərbaycan ixrac missiyası başa çatıb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, ixrac missiyasında Naxçıvan MR-da qida, inşaat və tikinti materialları, kimya sənayesi, mebel istehsalı və turizm sahələrində fəaliyyət göstərən 19 şirkəti iştirak edib. Missiya çərçivəsində Azərbaycan sahibkarları türkiyəli həmkarları ilə ikitərəfli görüşlər keçirib, Azərbaycan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dair müzakirələr aparıblar.