ADA Venesiya universiteti ilə anlaşma memorandumu imzalayıb FOTO


Digərləri 06 Noy 2018 08:33:00 333 0

ADA Venesiya universiteti ilə anlaşma memorandumu imzalayıb  FOTO

Azərbaycanın ən qabaqcıl ali məktəbi olan ADA Universiteti və Venesiyanın Ka' Foskari (Ca' Foscari) Universiteti əməkdaşlıq və tələbə mübadiləsi haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Son.az Trend-ə istinadən bildirir ki, bununla əlaqədar həmin universitetinin rektoru Mikele Bulyezi (Michele Bugliesi) və digər rəhbər şəxslər Bakıya səfər ediblər.

M.Bulyezinin sözlərinə görə, bu sənədin imzalanması, eləcə də Bakı Ka`Foskari Universitetinin məsləhət ofisi iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsinə kömək edir. Rektor həmçinin qeyd edib ki, bu il Ka`Foskari Universitetinə Azərbaycandan 35 tələbə qəbul olub.

Eyni zamanda qarşılıqlı memorandumu imzalayndan sonra Ka"Foskari (Ca' Foscari) universitetinin prorektoru xanım Tiziana Lipiello ADA Universitetinin tələbələri qarşısında "Marko Polonun izlərilə": İpək Yolu ölkələrinin mədəni irsini dəyərləndirilməsi üçün yeni layihələr" mövzusunda məruzə ilə çıxış etdi. Qeyd edək ki, bu məruzə "FANTAZİA" mədəni irs festivalı çərçivəsində həyata keçirilirdi.