Avropa İttifaqında süni intellektli sistem quraşdırılacaq


Digərləri 06 Noy 2018 08:25:00 214 0

Avropa İttifaqında süni intellektli sistem quraşdırılacaq

Avropa İttifaqı Macarıstan, Latviya və Yunanıstan sərhədlərində süni intellektə malik "iBorderCtrl" "yalan detektoru"nu (poliqraf qurğusu) quraşdıracaq. Yarım il ərzində keçiriləcək testlər uğurlu olacağı təqdirdə analoji sistemlərin ittifaqa üzv digər ölkələrin sərhədlərində də istifadəyə veriləcəyi gözlənilir.

Son.az ICTnews-a istinadən bildirir ki, sistemə səsli köməkçi funksiya, bir neçə kamera və məlumatların analizi üçün neyroşəbəkə daxildir. Sərhədin keçilməsi zamanı "iBorderCtrl" vətəndaşdan bunları soruşa bilər: "Çantada nə var? Siz onu açdıqdan və içindəkiləri göstərdikdən sonra o, cavabınıza uyğun olacaq?" Səslə yanaşı, sistem insanın mikrojestlərini və mimikalarını qiymətləndirəcək və bunun əsasında onun doğru və ya yalan danışmasını müəyyənləşdirəcək.

Məlumata görə, altı ay ərzində dörd buraxılış məntəqəsində sınaqları keçiriləcək "iBorderCtrl" sisteminin hazırlanması ilə Macarıstan milli polisi məşğul olacaq.