Evdə Quranı saxlayan, amma onu oxumayan adam günah edirmi?


Digərləri 06 Noy 2018 08:11:00 278 0

Evdə Quranı saxlayan, amma onu oxumayan adam günah edirmi?

Evdə Quranı saxlayan, amma ərəb əlifbasını bilmədiyinə görə onu oxumayan adam günah edirmi?

Təəssüf ki, əksər evlərdə bu cür hala rast gəlirik. İnsanlar Quranı dolabın yuxarısında bahalı ipək parçaya büküb saxlamaqla Müqəddəs Kitaba olan hörməti layiqincə yerinə yetirdiklərini düşünürlər. Amma Quran bükülü halda saxlanmaq, yalnız yas məclislərində oxunmaq üçün deyil, müsəlmanların daim müraciət etmələri, öyrənmələri üçün endirilib. Hədisdə deyilir ki, qiyamət günündə üç məxluq Allaha şikayət edəcək: camaatın gedib-gəlmədiyi və xarabalığa çevrilmiş məscid, oxunmayan və toz basmış Quran, cahillərin əhatəsində qalan və elmindən istifadə edilməyən alim.