Allahın hansı adı ismiəzəmdir?


Digərləri 06 Noy 2018 08:01:00 270 0

Allahın hansı adı ismiəzəmdir?

İsmi-əzəm nə deməkdir? Allahın hansı adı ismi-əzəmdir və bunu dəqiq olaraq kim bilir?

Allahın adlarından biri Allahın bütün zatını, bütün sifətlərini özündə ehtiva edir, seçilmiş və üstündür. Həm də bu, Allahın ən çox sevdiyi və çağrılmaq istədiyi addır. Allahın bu adına "ismi-əzəm", yəni ən böyük, ən əzəmətli ad deyirlər.

İsmi-əzəmi söyləyən və Allahı bu ada and verən şəxsin duası mütləq qəbul olar. Bu adı söyləməklə ən qeyri-mümkün işləri etmək, ən qəribə möcüzələri göstərmək mümkündür. Məsələn, Həzrət Süleyman Peyğəmbərin (ə) vəziri Səba məlikəsi Bilqeysin taxtını ismi-əzəmin köməyi ilə bir göz qırpımında gətizdirmişdi (Nəml, 39-40).