İran BMTni ABŞın yeni sanksiyalarına qarşılıq verməyə çağırıb


Dünya 06 Noy 2018 08:10:00 265 0

İran BMTni ABŞın yeni sanksiyalarına qarşılıq verməyə çağırıb

İranın BMT-dəki daimi nümayəndəsi Qulam Əli Xoşrou qurumun baş katibi Antoniu Quterreşə ABŞ-ın Yaxın Şərq dövlətinə qarşı tətbiq etdiyi yeni sanksiyalara qarşılıq vermək xahişi ilə müraciət edib.

Son.az "Report"a istinadən bildirir ki, müraciət mətnində bildirilir ki, Birləşmiş Ştatların birtərəfli qaydada hərəkəti BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini, həmçinin BMT Nizamnaməsinin müddəalarını pozur.

"ABŞ-ın məsuliyyətsiz davranışı beynəlxalq birliyin kollektiv şəkildə reaksiyasına ehtiyac duyur", - deyə Xoşrou əlavə edib.