Mərc gələrək xırda puldan oyun oynamaq olarmı?


Digərləri 06 Noy 2018 07:22:00 313 0

Mərc gələrək xırda puldan oyun oynamaq olarmı?

Mərc gələrək və ya ailə üzvləri ilə xırda puldan oyun oynamaq olarmı (loto, domino, nərd və s.)?

İslamda pul və ya əmlak udub-uduzmaq şərti ilə oynanılan bütün oyunlar haramdır. Adi halda oynanması halal olan, hətta sağlamlığı gücləndirmək, intellekti artırmaq məqsədilə oynanılan oyunlar belə, bu şərtlər daxilində haram olar. Oyunda tərəflərdən birinin uduzarsa nəyi isə qarşı tərəfə verəcəyi şərti (mərc kimi) gərək qoyulmasın. Təəssüf ki, camaat arasında loto, domino, nərd kimi oyunları bəzən dostlar və ya ailə üzvləri xırda puldan oynayırlar. Bu zaman pulun məbləği lap az olsa belə, bu iş haramdır. Çünki əvvəla, haram olan bir şeyin miqdarının az ya çox olması fərq etməz. İkincisi, bu kimi oyunlar insanda alışqanlıq yaradır. Öz ailə üzvləri ilə xırda puldan loto oynayan adam gələcəkdə başqaları ilə iri məbləğdə pul üçün qumar oynamağa da qurşana bilər.