Uşaqlarınız üçün bunu edin ANA QAYĞISINA BƏRABƏRDİR


Digərləri 05 Noy 2018 23:57:00 291 0

Uşaqlarınız üçün bunu edin  ANA QAYĞISINA BƏRABƏRDİR

Gecə yuxusundan öncə söylənən sirli-sehirli nağıllar uşaqların hərtərəfli inkişafı üçün ən azı ana qayğısı qədər önəmlidir. Bu vaxtadək nağılların uşaq orqanizmi üzərində müsbət təsiri elmi cəhətdən tam araşdırılmamışdı.

Son.az xəbər verir ki, son günlərdə "Psychological Science" jurnalında dərc olunan araşdırma tibb dünyası üçün əsl sıçrayış oldu. Belə ki, pediatr, psixoloq və psixoterapvtlərdən ibarət mütəxəssislərin iştirak etdikləri bu araşdırmada nağılların uşaq şüuruna, bütövlükdə vücuduna faydaları sadalandı.

Məlum olub ki, gecələr uşaqların dinlədikləri nağıllar onların yaddaşını gücləndirməklə yanaşı, yaradıcılıq bacarıqlarını formalaşdırır. Eləcə də valideynlərlə övladları arasındakı bağları möhkəmləndirir. Bundan əlavə, nağıl dinləyərkən balacaların söz bazası zənginləşir. Belə ki, pedoqoqların bir qrup azyaşlı ilə apardıqları təcrübədən bəlli olub ki, onlar nağıl kitablarındakı bir çox yeni kəliməni valideynlərilə gündəlik ünsiyyət zamanı istifadə etmirlər. Odur ki, hər gecə yatmazdan əvvəl eşitdiyi bu sözlər yaddaşlarına hopur və söz ehtiyatları genişlənir.