Stiv Cobsun ən dəyərli mirası ƏN VARLI İNSANDAN HƏYAT DƏRSİ


Digərləri 05 Noy 2018 23:02:00 273 0

Stiv Cobsun ən dəyərli mirası  ƏN VARLI İNSANDAN HƏYAT DƏRSİ

Ən böyük ixtirası onu gözümüzdə əvəzsiz edib. Lakin nəhəng sərvətinə, zənginliyinə baxmayaraq biz onu sadəliyinə görə sevmişik. Bəli söhbət ərəb əsilli "alma" kralı Stiv Cobsdan gedir.

Son.az Stiv Cobsun ölüm ayağında ikən dünya sakinlərinə ünvanladığı məktubun mətnini təqdim edir.

"Mən biznes dünyasının zirvəsinə qalxmağa müvəffəq oldum. Hətta çoxları həyatımı uğurun mücəsimməsi kimi dəyərləndirir. Acı etirafda bulunmaq istəyirəm. İşim xaricində məni xoşbəxt edən məqamlar az olub. Zənginlik, var-dövlət həyatın alışdığım gerçəyinə çevrildi. İndi xəstəxananın bir küncündə uzanmışam. Anlayıram ki, bu günədək qürur mənbəyim olan ad-sanım mənə doğru irəliləyən ölümün yanında dəyərini tam itirib.

Həyatımı bir neçə saatlıq uzadan cihazın yaşıl işığına baxdıqca, ölümün səsini və tanrının nəfəsini duyuram.

Məni yaxşı dinləyin. İstəklərinizi gerçəklşdirmək üçün yetərli maddi duruma sahibsinizsə, mənəvi dəyərlərə daha çox zaman sərf edin.

Kimin üçünsə qurduğu münasibətlər, digərlərinə görə incəsənət həzzi, yaxud uşaqlıq arzuları...