Süd vəzisi xərçənginə ancaq qadınlar yoluxur? MÜSAHİBƏ


Digərləri 05 Noy 2018 23:05:00 269 0

Süd vəzisi xərçənginə ancaq qadınlar yoluxur?  MÜSAHİBƏ

Qadınlarda süd vəzisi xərçənginin əmələ gəlməsi ya bilavasitə qadın orqanizmi, yəni daxili ( endogen) faktorlarla, ya da ətraf mühitdən təsir edən amillərlə əlaqədardır. Daxili faktorlar dedikdə, qadın reproduktiv sisteminin vəziyyəti, menstruasiya dövrünün erkən, yəni 12 yaşdan tez başlanması, menopauzanın gec-təxminən 50-55 yaşdan sonra yaranması, doğuşların sayının az olması, sonsuzluq, ginekoloji anamnezli bir neçə abortun, o cümlədən ilkin doğuşun 35 yaşdan sonra olması nəzərdə tutulur.

Bununla yanaşı, qadınların laktasiya dövründə körpələrinə süd verməkdən imtina etməsi, qaraciyər, qalxanvarı vəzi, böyrək, böyrəküstü vəz, hipofiz və hipotalamusun xəstəlikləri, piylənmə, bəzi ginekoloji problemlər də bu faktorlara aiddir. Bundan başqa vaxtında aşkar olunmamış və müalicə edilməmiş hormonal dəyişikliklər, yumurtalıqlarda gedən dishormonal proseslər, xroniki iltihabi xəstəliklər və s. də süd vəzisi xərçənginin əmələ gəlməsinə səbəb olur. Həmçinin saz intensivlikli faktorlara süd vəzinin travma almasını, mastitləri, süd vəzisində nə vaxtsa aparılmış əməliyyatları, həmin orqandakı axardaxili papillomaları, bəzi xoşxassəli şişləri nümunə göstərmək olar. Bu problemlər uzun müddət aşkar və müalicə olmadıqda xərçəng əmələ gətirə bilir.

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının süd vəzi cərrahiyyəsi şöbəsinin müdiri, Onkologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Nigar Mehdiyeva məlumat verib.

- Süd vəzisi xərçənginə ən çox hansı yaş qruplarında rast gəlinir?

- Süd vəzisi xərçənginə ən çox ortayaşlı və yaşlı qadınlar arasında rast gəlinir. Kişilər arasında da bu xəstəlik müşahidə olunur. Lakin bu rəqəm ümumi nəticənin 0,7-1 faizinə bərabərdir. Qadınlarda erkən rast gəlinən süd vəzisi xərçəngi 40 yaşadək olan dövrü əhatə edir. Bunların əksəriyyəti irsi genetik mutasiyalar nəticəsində yaranır. Lakin bu o demək deyil ki, əgər nəsildə kimdəsə, bu xəstəlik varsa, həmin nəslin bütün qadınlarında xərçəng aşkar olunacaq. Birinci dərəcəli qohumlar arasında müşahidə olunan müəyyən əlamətlər ailə həkiminin nəzarəti altında olmağı tələb edir. Xərçəngin hansısa növündən əziyyət çəkən hər bir şəxsin ailə üzvləri də mütəmadi olaraq həkim kontrolundan keçməli, genetik müayinə olunmalıdır. Çox yüksək risk qrupuna alkoqollu içki içənlər və siqaret çəkənlər aiddir. Bir çox ölkələrdə aparılan tədqiqatlar nəticəsində məlum olub ki, alkoqoldan və siqaretdən istifadəni azaltmaqla süd vəzisi xərçəngi riskini 6 faiz aşağı salmaq olar.

- Xəstəliyin simptomları hansılardır?

- Əfsuslar olsun ki, xəstəliyin erkən mərhələdə qeydə alınan spesifik simptomları yoxdur. Lakin əgər qadın süd vəzisində hər hansı törəmə hiss edirsə, gilədən xüsusilə qanlı ifrazat gəlirsə, daimi ağrılar, qızartı, süd vəzisinin ölçülərinin böyüməsi və ya kiçilməsi, şişkinlik, qoltuqaltı və körpüüstü nahiyələrdə böyümüş törəmələrin və ya limfa düyünlərində dəyişiklik hiss olunursa həkimə müraciət etmək lazımdır. Bundan əlavə gilə və ariolada hər hansı bir dəyişikliyin, pulcuqlamanın, yaralanmanın olması, dərinin, gilənin içəriyə çəkilməsi də xərçəngin simptomları arasındadır.

- Xəstəliyi ağırlaşmadan nə cür müəyyən etmək olar?