Azərbaycan neftinin SON QİYMƏTİ dəyişdi


Digərləri 05 Noy 2018 23:03:00 243 0

Azərbaycan neftinin SON QİYMƏTİ dəyişdi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 2-də 73,85 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 2-də 73,85 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,15 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 2-də 72,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.