Faydasını bilsəniz, hər gün yeyəcəksiniz


Digərləri 05 Noy 2018 22:59:00 215 0

Faydasını bilsəniz, hər gün yeyəcəksiniz

Balqabaq qədim bostan bitkilərindəndir və ondan hazırlanan təamlar milli mətbəximizin ləziz yeməklərindən hesab olunur. Lakin elə insanlar var ki, onlar balqabaq yeməyi sevmirlər. Həmin insanlar onun orqanizmə olan faydalarını, xəstəliklərə güclü müalicəvi təsirini bilsələr, ondan yan keçməyəcəklər.

Son.az axşam.az-a istinadən balqabaq tumunun faydalarını təqdim edir:

1. Balqabaq tumu beyin sağlamlığı üçün çox əhəmiyyətlidir. Bir ovuc balqabaq tumu gündəlik sink ehtiyacını ödəyir, yaddaşı gücləndirir. Omeqa-3 və Omeqa-6 beyin funksiyalarının fəaliyyətinə kömək edir. Zehni inkişafa müsbət təsir edir.

2.Tərkibində fosfor var. Fosfor sümük inkişafına kömək olur, böyrək funksiyalarını yaxşılaşdırır.

3. Balqabaq tumunda olan E vitamini yaşlanmanı gecikdirir, dərinin elastikliyini bərpa edir.

4. İltihablara yaxşı təsir edir.

5. Qəbizlik problemini aradan qaldırır.