Almaniya prezidenti Xemnits şəhərində narazı sakinlərlə görüşüb


Dünya 05 Noy 2018 22:44:00 248 0

Almaniya prezidenti Xemnits şəhərində narazı sakinlərlə görüşüb

Avqustun sonunda baş vermiş 35 yaşlı kişinin qətlə yetirilməsi cinayətindən Xemnits şəhər sakinlərində nifrətin körüklənməsi məqsədilə sui-istifadə olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Xemnits şəhər sakinləri işə görüşündə Almaniya prezidenti Frank-Valter Ştaynmayer bəyan edib.

Ştaynmayerin sözlərinə görə baş vermiş hadisə ilə bağlı sakinlərin kədərinə kin, bəzi hallarda isə hiddət əlavə olunub. "Lakin şəhər sakinlərinin narazılığından sui-istifadə olunduqdan sonra əcnəbilərə qarşı nifrəti körükləmək, konstitusiyaya zidd rəmzləri nümayiş etdirmək və zorakılığı küçələrə daşımaq üçün mümkün olan bütün sərhədlər aşıldı", - deyə Almaniya prezidenti vurğulayıb.