Orta yaşlı kişini avtomobil vuraraq öldürüb


Digərləri 05 Noy 2018 22:47:00 215 0

Orta yaşlı kişini avtomobil vuraraq öldürüb

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Son.az "report"-a istinadən bildirir ki, Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində, H.Zeynalabdin qəsəbəsi ərazisində, 1987-ci il təvəllüdlü Ağayev Elvin Məmmədrza oğlunu maşın vurub. Yaralı aldığı xəsarətlərdən elə hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib. Sürücü isə məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.