Bu ölkədə hər il 2 min uşaq acından ölür


Dünya 05 Noy 2018 22:32:00 254 0

Bu ölkədə hər il 2 min uşaq acından ölür

Yəməndə hər il 5 yaşına çatmamış 2 min uşaq acından və kifayət qədər qida qəbul edə bilmədiyinə görə ölür. Dünya dövlətləri bu problemə biganə yanaşmaqda davam etsələr vəziyyət daha da pisləşəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu bəyanatla MBT-nin Əhali Fondunun regional rəhbəri Lui Khaban çıxış edib. O bildirib ki, qida çatışmazlığı, aclıq, müxtəlif yoluxucu xəstəliklər Yəməndə 1 milyon 100 min hamilə qadının həyatına böyük təhlükə yaradıb. Onun sözlərinə görə, bu qadınların sağlam uşaq dünyaya gətirəcəkləri və doğuş zamanı özlərinin həyatda qalacaqları böyük şübhə altındadır.

L. Khaban bildirib ki, onun rəhbərlik etdiyi təşkilatın Yəməndə insanlara yardım etmək üçün resursları bitmək üzrədir. Bir çox hallarda hərbi əməliyyatlar və şəhərlərin bombalanması uşaq və qadınlara yardım göstərməyi mümkünsüz edib.